Şən və Hazırcavablar Klubu: bu mövsümdə çempion titulunu iki komanda qazandı
19.12.2017

Azərbaycan Şən və Hazırcavablar Klubu Liqası mövsümə yekun vurub. Finalda bütün mövsüm ərzində ən yaxşı nəticə göstərən komandalar görüşüblər və çempion tituluna iki komanda layiq görülüb.

“Bakı yığması” komandasının mətbuat xidmətindən bildiriblər ki, mövsümün yekun oyunu böyük bayrama çevrilib. Final oyununun aparıcısı, tanınmış ŞHK-çı, “Bakı yığması”nın üzvü Tural Həsənli gecənin açılışında bütün komandalara uğurlar diləyib.

Münsiflərin işi asan deyildi, çünki bütün komandalar finişə yaxşı hazırlıqla gəlmişdilər.

Finalın yekunlarına görə “Azneft” komandası birinci yeri, “Banqaranq” və 160 saylı məktəbin komandası ikinci yeri tutublar. Üçüncü yeri də iki komanda - “Paradoks” (Bakı Musiqi Akademiyası) və “Şahzadələrin qorunması proqramı” (Həştərxan) komandaları bölüşüblər. 2017-ci ilin Azərbaycan ŞHK Liqası çempionu adını bir dəfəyə iki komanda - mövsüm ərzində hesabında daha çox xal olan “Azneft” və “Banqaranq” komandaları qazanıb.

Azərbaycan Şən və Hazırcavablar Klubunun rəhbəri Rəşad Əzizov nəticələri şərh edərək deyib: “Bu, yaxşı mövsüm oldu. Bizə kömək edən hər kəsə, xüsusən də Klubun direktorumuz Cavid Şahbazbəyovun və redaktor Səməndər Rzayevin başçılıq etdikləri inzibati komandasına minnətdarlığımızı bildiririk. Gələn il bizi həm mövsümün sxemini, həm də iştirakçıların sayını əhatə edən ciddi inzibati və yaradıcılıq dəyişiklikləri gözləyir”.

azertag.az