Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi 2019-cu ilə qədər təxirə salındı
19.12.2017

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə 2019-cu ildən başlanılacaq.

Bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Daha öncə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi prosesinin 2018-ci ilin yanvar ayından başlanacağı gözlənilirdi.

Nazirin sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzaların inteqrasiyası nəzrdə tutulub.

R.Quluzadə əlavə edib ki, bununla bağlı layihəyə "Microsof" şirkəti cəlb olunub.

trend