Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Xəzana dönmüş ömür və ya kuklaçının nağılı” kitabı və şair Məstan Günərin “Seçilmiş əsərləri”nin birinci cildi nəşr olunub.
Nazirlikdən bildirilib ki, nasir Çingiz Ələsgərlinin qələmə aldığı kitab kuklaçı sənətkar, aktyor Ruslan Həsənovun həyat və yaradıcılığından bəhs edir.
Dövlət mükafatı laureatı, şair Məstan Günərin “Seçilmiş əsərləri”ndə isə insanın insana, insanın Vətənə, təbiətə, bəşəri və milli mənəvi dəyərlərə münasibəti əks olunub.
“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən hər iki nəşr Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara paylanılacaq.
azertag.az