Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur
20.12.2017

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gündən etibarən dəmir yolunun Qarasu-Padar mənzilində 9,2 km yolun əsaslı təmirinə start verilib.

Təmir işləri 5 gün davam edəcək. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

trend.az