Azərbaycanda şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin sərhədlərinin qrafik təsvirini əks etdirən xəritələr kağız üzərində və elektron formada təsdiq edilib.
Bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.
Qərarda bildirilir.
“Azərbaycan Respublikasının şəhər və qəsəbələrinin yaşıllıq ərazilərinin (ağac, kol, gül-çiçək və ot bitkiləri ilə əhatə olunan torpaq sahələri ayrı-ayrılıqda göstərilməklə) sərhədlərinin qrafik təsvirini (müvafiq döngə nöqtələri və onların koordinatları) əks etdirən xəritələr kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı)” təsdiq edilsin (əlavə olunur).
report.az