Dekabrın 25-də Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Bakıya rəsmi səfər edəcək. Bu barədə Nazirliyin rəsmi veb-saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, M.Oreşkin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşəcək, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan Biznes şuralarının iclasında iştirak edəcək.
Həmçinin, onun Azərbaycanda Rusiya İxrac Mərkəzinin Bakı nümayəndəliyinin açılışını edəcəyi də gözlənilir.
Görüş zamanı tərəflər cari vəziyyəti və ticarət və energetika, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti və turizm kimi mühüm sektorları, o cümlədən Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlərin perspektivlərini müzakirə edəcək. Görüşün əsas mövzuları investisiya layihələri və təşəbbüslərin dəstəklənməsi, eləcə də iki ölkənin işgüzar dairələri arasında qarşılıqlı əlaqələr üçün şəraitin yaxşılaşdırılması məsələləri olacaq.
Geniş tərkibli iclasda federal icra hakimiyyəti orqanlarının nümayəndələri, Rusiya və Azərbaycanın biznes dairələrinin təmsilçiləri iştirak edəcəklər. İclasda həmçinin Azərbaycan-Rusiya Biznes Şurasının sədri İsgəndər Xəlilov, Rusiya-Azərbaycan Biznes Şurasının sədri Pyotr Fradkov iştirak edəcək.
Görüşün sonunda hər iki ölkənin nazirləri anlaşma memorandumu imzalayacaq.
report.az