Azərbaycan prezidenti İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Təhsil Nazirliyinə Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Sərəncamdan irəli gələn məsələləri isə Nazirlər Kabineti həll edəcək.