Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dekabr ayının 22-də ölkə ərazisində hava şəraiti mülayim, gün ərzində əsasən yağmursuz keçəcək: “Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq".
Direktorun sözlərinə görə, şənbə günü, dekabrın 23-də isə ayrı-ayrı yerlərdə və rayonlarda yağıntılı hava şəraiti müşahidə olunacaq: “Növbəti iki gündə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək”.
report.az