Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə (AREA) elektrik enerjisinin satışı səlahiyyəti verilə bilər.
Bunu AREA-nın publik hüququ şəxs olmasından sonra maliyyələşməsi məsələlərinə aydınlıq gətirən qurumun sədrinin müavini Nurəli Yusifbəyli deyib.
N.Yusifbəyli deyib ki, tariflərin müəyyən edilməsi ilə bağlı xarici ölkələrin təcrübəsindən faydalanmaq mümkündür: “Hazırda elektrik enerjisini Tarif Şurasının tənzimlədiyi topdansatış qiymətlə - 5,5-5,7 qəpiyə “Azərenerji” ASC-yə satırıq”.
Agentlik rəsmisi su elektrik stansiyalarının həm “Azərenerji”nin, həm də AREA-nın nəzarətində olmasına da aydınlıq gətirib: “Hər şeyin bir zamanı var. Yəqin ki, bu gün enerji axınlarının tənzimlənməsi və enerji təhlükəsizliyi baxımından belə tələb olunur. Ola bilsin sabah-birisi gün islahatlar nəticəsində başqa bir qərar verilsin”.
report.az