Türkiyənin tanınmış müğənnisi Yelda Başaran “Bacanaqlar” serialına çəkilib.
Bu barədə serialın prodüseri Şəhriyar Abışov məlumat verib.
O, bildirib ki, “Bacanaqlar” serialının rəhbəri, aktyor Elməddin Cəfərovun dəvətiylə Bakıya gələn müğənni Yelda Başaran adıçəkilən serialın Yeni İl buraxılışında rol alıb: “Həmçinin, serialın bu buraxılışında müğənnilər Əbdül Xalid və Emil Bədəlov, o cümlədən xanəndə Nişanə Baxışova çəkiliblər”.
Prodüser onu da qeyd edib ki, Yelda Başaran yanvarın 1-də yenidən Bakıya gələcək: “Yelda Başaranın budəfəki səfəri ifa etdiyi “Şəkil yapmışsın” mahnısına çəkdirəcəyi kliplə bağlıdır.
O, klipini azərbaycanlı rejissorlardan birinə həvalə edəcək. Klipin bir hissəsi Bakıda, digər hissəsi isə Türkiyədə çəkiləcək”.
Qeyd edək ki, iki gün Bakıda olan Yelda Başaran dünən Türkiyəyə qayıdıb.
Big.az