“YARAT”dan növbəti film - “Dünən qəfildən gəldi”
22.12.2017

Dekabrın 26-da “YARAT” Müasir İncəsənət Mərkəzində "Dünən qəfildən gəldi" adlı film nümayiş ediləcək.

Rejissor Mübariz Nağıyevin ekranlaşdırdığı filmin xronometrajı 30 dəqiqədir.

Film, yaşı 40-ı haqlamış iki tənha insanın həyatından kiçik bir epizodu əhatə edir. Onlar təsadüf nəticəsində tanış olur, başqa bir təsadüf isə onları ayırır.

Ekran əsəri Azərbaycan dilində ingilis subtitrləri ilə nümayiş olunacaq.

azertag.az