Azərbaycanın kapital bazarında tariflərin azaldılması məqsədi ilə təkliflər hazırlanıb.
Bunu Bakıda keçirilən “Kapital bazarları-2018” adlı tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Maliyyə bazarlarına infrastuktur nəzarət İdarəsinin rəhbəri Ruslan Babayev deyib.
“Bakı Fond Birjasında və Milli Depozit Mərkəzində yeni tariflərin tətbiqi 2018-ci ildə mümkün olacaq. Bu, kapital bazarında investorlar üçün tarif yükünü azaldacaq”, - deyə o, qeyd edib.
Bundan başqa, MBNP rəsmisi bildirib ki, Azərbaycan banklarının kapital bazarında birbaşa iştirakı ilə bağlı da təkliflər mövcuddur: "Bu məsələ də gələn il reallaşacaq".
report.az