Hərbi Akademiyanın magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçirilib
22.12.2017

Bu gün Silahlı Qüvvələrin Hərbi Akademiyasının magistratura səviyyəsinə qəbul imtahanının I mərhələsi keçirilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan prosesi təlimata uyğun şəkildə keçirilib, namizədlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda iştirak etmək üçün 53 nəfər namizəd qeydiyyatdan keçib. Onlardan 3 nəfəri imtahana gəlməyib.

İmtahanın nəticələri Silahlı Qüvvələrin Hərbi Akademiyasına təqdim olunub.

report.az