“Kapital Bank” ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Ağcabədi filialının yenilənmiş ofisini istifadəyə verib.
Bu barədə Bankdan bildirilib.
Məlumata görə, yeni konsepsiya əsasında təmir edilən filial Аğcаbədi şəhəri, Faiq Əlizаdə küçəsi, 5 ünvanında yerləşir. Müştərilər burada müasir bank xidmətlərindən istifadə edə bilərlər. Filial hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Ərazi müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyənm tədbirlər həyata keçirir. Bu il Bankın yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, Bakı şəhəri üzrə "Buzovna", "Dəmiryol" və "Lökbatan" şöbələri, regionlar üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, "Həzi Aslanov", "Qubadlı", "Göyçay", "Qobustan", "Beyləqan", "Tərtər" və "Gədəbəy" filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Bankın www.kapitalbank.az ünvanında yerləşən internet səhifəsinə, 196 Sorğu Mərkəzinə və müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.
report.az