Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, oktyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava
şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək. Havanın temperaturu
gecə 9-11 dərəcə, gündüz 11-14 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 25-də arabir yağış yağacağı,
bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara
keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13
dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 1-6 dərəcə, gündüz 7-12
dərəcə isti təşkil edəcək.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında tutqun, yağmurlu və küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.