Nazirlər Kabineti “Yerləşmə vasitələri hesab edilən mehmanxana tipli obyektlərin və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektlərinin Siyahısı”nı təsdiq edib.
Siyahıya 19 yerləşmə vasitəsi növü daxil edilib.
Bura mehmanxanalar və motellər, sanatoriyalar, pansionatlar, yerləşdirmə imkanlarına malik konqres mərkəzləri, istirahət evləri, istirahət bazaları, istirahət mərkəzləri, qonaq evləri, sağlamlıq düşərgələri, idman düşərgələri, ovçu (balıqçı) evləri, turist bazaları, turist evləri, kempinqlər, yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.), çoxmənzilli binalarda mənzillər (otaqlar), hostellər, dağ sığınacaqları, uşaq sağlamlıq düşərgələri daxildir.
Sıra №-si Yerləşmə vasitələrinin növləri
1.
Mehmanxanalar və motellər
2.
Sanatoriyalar
3.
Pansionatlar
4.
Yerləşdirmə imkanlarına malik konqres mərkəzləri
5.
İstirahət evləri
6.
İstirahət bazaları
7.
İstirahət mərkəzləri
8.
Qonaq evləri
9.
Sağlamlıq düşərgələri
10.
İdman düşərgələri
11.
Ovçu (balıqçı) evləri
12.
Turist bazaları
13.
Turist evləri
14.
Kempinqlər
15.
Yaşayış evləri (villalar, koteclər, bağ evləri və s.)
16.
Çoxmənzilli binalarda mənzillər (otaqlar)
17.
Hostellər
18.
Dağ sığınacaqları
19.
Uşaq sağlamlıq düşərgələri
oxu.az