Azərbaycanlı alim beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib
25.12.2017

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) tsikloolefinlər laboratoriyasının müdiri, kimya elmlər doktoru, professor Arif Həsənov Sinqapurda beynəlxalq “Təhlükəsiz rabitə və sistem jurnalı”nın (“Journal of Secure Communication and System”) redaksiya heyətinin üzvü seçilib.

NKPİ-dən bildiriblər ki, A.Həsənovun elmi tədqiqatlarının nəticələri üzrə əldə etdiyi nailiyyətlər yaxın və uzaq xaricdə tanınır. Alimin tədqiqatları üzrə xaricdə dərc olunan məqalələrinə istinadlar olunur. O, Çində, ABŞ-da beynəlxalq konfranslarda çıxış üçün dəvətlər alıb.

azertag.az