Kazan Konservatoriyası Yeni il ərəfəsində görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerasını təqdim edəcək.
“Tatar-inform” informasiya agentliyinə istinadla xəbər verilir ki, dekabrın 28-də Kazan Konservatoriyası S. Saydaşev adına Böyük Konsert salonunun səhnəsində “Arşın mal alan” operettasının premyerasını təqdim edəcək.
Krım-Tatar Dövlət Akademik Musiqili Dram Teatrının rejissoru Renat Bektaşev bu əsərə məxsus olaraq Konservatoriyanın yaradıcı kollektivi üçün quruluş verib.
Tamaşada Konservatoriyanın Opera Studiyasının solistləri və Tatarıstan Respublikasının Əməkdar İncəsənət Xadimi Rinat Xalitovun rəhbərliyi ilə TATARİCA orkestri iştirak edəcək.
azertag.az