Günün qoroskopu
20.12.2012

Qoç - həyatınızda qeyri-adi, çox ciddi heç nə baş vermir. Buna qəmlənmək əvəzinə, sevinin. Bu gün planlar qurmaq olar. Qüvvə və imkanlarınızı real dəyrələndirin.

İstək və gücünüzü qiymətləndirin. İşgüzar görüşlər və danışıqlar pis keçməyəcək. Fəqət, yekun anlaşma və ya razılaşmalar qeyri-müəyyən müddətədək təxirə salınacaq.
İşdə rəhbərliklə mübahisə mümkündür.

Opponentlərinizi haqlı olduğunuza inandırmaq üçün vaxt və səylər gərəkdir.
Maliyyə durumunuzla bağlı xoş xəbər alacaqsınız. Gəlir və ya başqa pul mədaxili mümkündür.
Günün ikinci yarısında sevdiyiniz insanla ciddi fikir ayrılığı yarana bilər. Münaqişənin alovlanmasına imkan verməyin.

Nə qədər uzağa getsəniz də, başladığınız yerə qayıdacaqsınız. Nə qədər bəxtəvər olsanız belə, həmişə nəzərləriniz orada, gəldiyiniz yerdə qalacaq.

Buğa - uğurlu gündür. Kiminləsə danışıb dil apmaq üçün əlverişli vaxtdır. Dilə tutmaq, başa salmaq, anlatmaq və ya sövq etmək kimi prosesləri uğurla başa vura bilərsiniz. Məqsədinizə çatacaqsınız.

İşdə maraqlı ideyalar peyda ola bilər. Həmin ideyaları unutmayın, onların bəzilərinə gələcəkdə qayıda bilərsiniz.
Yaxınlarınız və ailə üzvlərinizlə münasibətlər harmonik olacaq.

Axşam saatlarını şən və əyləncəli keçirin. Qonaq gedin, qonaq qəbul edin, istirahət edin.
Romantik tanışlıq ehtimalı yüksəkdir.

Əkizlər - indiyədək çətin və alaşılmaz təsir bağışlayan işlər yoluna düşür, pozitiv təmayüllərin təsiri güclənir. Bu yaxınlarda yol verdiyiniz səhvin nəticələrini aradan qaldırmaq, son günlərdə müşahidə olunan maneələri aşmaq imkanı yaranıb.

Hissiyatınıza inanın, səhvlərə yol verməyin, yeni iş, sifariş və ya layihədə məntiqli, ehtiyatlı davranın.
Yaradıcı potensialınızın səviyyəsi artacaq, yeni ideyalar peyda olacaq. İrəliyə can atın və çəkinməyin, özünüzdən şübhələnməyin.

Günün ikinci yarısında tempi bir qədər aşağı salın.
Orqanizmi sınağa çəkməyin, ciddi fiziki işlə məşğul olmayın.
Bilin ki, ən böyük düşmən ən yaxın dostdan olur.

Xərçəng - bu gün sizin üçün maraqlı imkanlar yaradacaq. Perspektivlərdən yararlanmağa çalışın. Sürətli olmaqla yanaşı, düşünülmüş addımlar atmaq gərəkdir. Səylərinizin, hətta ən cüzi cəhdinizin hədər getməsinə imkan verməyin.

Hədsiz özünəinamı unudun, yalnız bəxtə bel bağlamayın.
Yalnız işə ciddi münsibət və hər addıma görə məsuliyyət uğur gətirə bilər.

Günün emosional fonu əlverişlidir. Köhnə əlaqələrin bərpası, son vaxtlar dil tapa bilmədiyiniz insanlarla münasibətlərin qaydaya salınması üçün cəhdlər göstərə bilərsiniz.

Şir - çətin suallara cavab verməli olacaqsınız. Mübahisələr çox olacaq və onların heç də hamısında həqiqət doğulmayacaq. Həmin mübahisələrin əksəriyyəti münasibətlərin pisləşməsi ilə nəticələnəcək.

Başqalarının əməyinə, zəhmətinə və təcrübəsinə bel bağlayan insanlarla dil tapmaq lap müşkül işə çevriləcək. Bu adamları tutduqları yolun yanlış olduğuna, səhvlərin isə ciddiləşdiyinə inandırmaq mümkün deyil.

Şəxsi həyatda müsbət təmayüllər güclənəcək. Bəzi arzu və istəkləriniz çin ola bilər.
Ailədə çoxdan bəri sizi narahat edən məsələ bu gün qəflətən həllini tapacaq.

Unutmayın ki, üç qəpiklik insana beş qəpiklik dəyər versəniz, sizi yerdə qalan iki qəpiyə satacaq.

Qız - sizin üçün əsla əhəmiyyətli olmayan işlərin həllinə bu gün gərəkdiyindən artıq qüvvə, vaxt və səy sərf etməli olacaqsınız. Başqalarının problemləri ilə məşğul olaraq onlara yardım etməyiniz sizi bir müddət ruhlandıra bilər. Amma yalnız başqalarının rifahını düşünərək özünüzü unutmaq olmaz.

Di gəl, yaxın ətrafınızdakı insanlar sizin zəhmətiniz olmadan keçinə bilmirlər və bunu sizə açıq deyərək qıcıq yarada bilərlər.

Fiziki işlə məşğul olun, aktiv istirahəti seçin. Evdə qalıb kompüter qarşısında oturmaq və ya televizora baxmaq məsləhət deyil.

Çox yeməyin. Yeni məşğuliyyət tapın, şəraiti dəyişin. Bu, əhvalınızı yaxşılaşdıra bilər.
Və bilin: igidin silahı ürəyidir...

Tərəzi - günü pis keçirməyəcəksiniz. Günün ilk yarısı əvvəl başlanmış işlərin başa vurmasından ibarət olsun. İşlərə ciddi və punktual münasibət bəsləməklə yanaşı, yaradıcı yanaşmadan da yararlanın. Standart olmayan həll yollarını seçin.

Yeni müttəfiqlər və həmfikirlər peyda ola bilər. Nüfuzlu şəxs sizinlə maraqlanacaq.
Münasibət və söhbətlərdə vurğunu düzgün vursanız, liderliyinizə kimsə şübhə etməyəcək.

Günün ikinci yarısında görüləsi işləri başa vurun. Axşam saatlarını əyləncəyə həsr edin.
Yeni tanışlıqlar mümkündür.

Ətrafınızdakı insanlar, ilk növbədə, xarici görünüşünüzə fikir verəcəklər.

Əqrəb - bu gün hazırlıq vaxtıdır. Başlayacağınız işlərin hamısını başa vurmağı ağlınıza belə gətirməyin. Maneələr, sədlər, problemlər çox olacaq.

Kiçik işlərin öhdəsindən gələcəksiniz.
İşgüzar danışıqlar yaxşı keçəcək. Əvvələr mövqeləriniz və fikirlərinizlə razılaşmayan insanlardan biri sizə dəstək verəcək.

Maliyyə məsələlərində xüsusilə diqqətli olun.
Axşam saatlarını dostlarla birlikdə keçirin, yaxud da dəvət olunduğunuz yerə yollanın. Evdə darıxa bilərsiniz.

Caz və ya klassik musiqi emosional durumunuza təsir edə bilər.
Uuntmayın - hər insanın kimsəyə demədiyi sirri, kimsəyə göstərmədiyi bir üzü var...

Oxatan - bu gün fəhmli və diqqətli olun, işgüzar fəallığınızın minimuma enməsinə yol verməyin. Günün ilk yarısı bütün mühüm işləri başa vurmağa çalışın.

Günün ikinci yarısı isə iş tempini bir qədər aşağı salmaq olar.
Xoş sürprizlər və gözlənilməz hadisələr istisna deyil.

Yaxınlarınız və ailə üzvlərinizin qeydinə qalın, onların qayğısına qalın. Ailə üzvlərinizlə təmaslarda səmimi və şəfqətli olsanız, onların da səmimiyyətinin həddi olmayacaq. Hissiyatınıza etibar edin, amma soyuqqanlı davranın.

Şəxsi həyatınızda ciddi yenilik ola bilər.

Səbrli olun. Çünki səbrli insanın qəzəbi və intiqamı böyükdür.

Oğlaq - bu gün maraqsız və darıxdırıcı işlər çox olacaq. Həmin işlər rutindir, amma diqqət və zəhmət tələb edir.

Diqqəti cəmləmək isə çətindir, çünki fikrinizi sürəkli olaraq yayındırırlar.
Fikrinizi söhbətlərə, qısamüddətli istirahətə, zarafatlara yönəltməyin.
Əyləncəni təxirə salın. Məhz bu gün qeyri-rəsmi münasibət, təmaslar və romantik görüşlər üçün əlverişli gündür.

Əks cinsin mənsubu ilə təmasda diqqətli olun.
Yaxşı istirahət üçün yaxşı işləmək gərək olduğunu unutmayın.

Ötənləri xatırlayıb qüssələnməyin. Keçmişinə suallar verən öz səsinin əks-sədasını cavab sanar.

Dolça - gün ağırdır və ümidlərinizi doğrultmur. Daha fəal, aktiv olmaq istəsəniz də, müxtəlif maneələr və qəflətən yaranan sədlər istəklərinizin reallaşmasına mane olur. Üstəlik, nə barrikadalar gözə dəyir, nə də səviyyəli düşmən.

Həyat enerjinizin tətbiqi məsələsi aktualdır.
Özünüz və yaxın ətrafınızdakı insanlar üçün məqsəd, hədəf taparaq irəliləyin. Diqqətli olun, emosiyalarınızın köləsinə çevrilərək yanlış addım atmayın. Arzu olunanlarla gerçəyi səhv salmayın.

Axşam saatlarında əməllicə dincəlin. Sirrinizi kimsəyə söyləməyin. Çünki iki nəfərin bildiyi məqam artıq sirr deyil.

Balıqlar - yaradıcı yanaşma və qeyri-standart həll yolları tələb edən istənilən məşğuliyyət üçün əlverişli gündür. Tam azad çalışsanız işinizin nəticəsi yaxşı olacaq.

Başqalarının məsləhət və təkliflərindən daha çox öz ağlınıza, zövqünüzə güvənin.
Şəxsi həyatınızdakı problemlərin həllində hissiyatınıza etibar edin. Tələsik davranmayın. Bu gün münaqişəyə və fikir ayrılığına son qoymaqla yanaşı, yeni mübahisənin yaranmasının qarşısını ala bilərsiniz.

Bir şərtlə ki, dostlar, yaxınlar və ailə üzvləri ilə açıq danışasınız. Sual verməyin - suallara cavab tapın.

Milli.Az