Azərbaycan xilasediciləri Türkiyənin zəlzələ baş verən bölgəsində xilasetmə işlərini davam etdirir. Gomap.az saytının Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, gecə saatlarında Azərbaycan xilasediciləri tərəfindən daha 3 nəfərin cəsədi tapılaraq dağıntılar altından çıxarılıb.
Bununla da, 24 oktyabrdan bu saatlaradək Azərbaycan FHN-nin xilasediciləri tərəfindən Türkiyənin Erciş şəhərində uçqun və dağıntılar altından 6 nəfər xilas edilib, 10 nəfərin isə cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.