“Accessbank” “ASAN məktub” layihəsinə dəstək verib
27.12.2017

Sosial layihələrə həmişə xüsusi önəm verən “Accessbank” QSC Yeni il ərəfəsində ucqar bölgələrdə yaşayan azyaşlılara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədilə bu dəfə "ASAN məktub” layihəsinə dəstək verib.

Bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, layihə çərçivəsində, Bankın əməkdaşları Lənkəran rayonunun Boladi kəndinə səfər edib. Səfərin məqsədi kənddə yaşayan uşaqların www.asanmektub.az portalına ünvanladığı məktublardakı arzularının reallaşdırılması olub.

Yeni il ərəfəsində həyata keçirilən səfərdə uşaqların Şaxta Babaya ünvanladıqları məktublara cavab olaraq onlara hədiyyələr çatdırılıb. Boladi kənd məktəbinin həyətində toplaşan 200-dən çox uşaq üçün musiqili-əyləncəli tədbir keçirilib. Daha sonra Şaxta Baba uşaqları çağıraraq onların yazdıqları məktubdakı hədiyyələri onlara təqdim edib. Uşaqların istəklərinə uyğun olaraq onlara isti geyimlər, gödəkçələr, ayaqqabılar, toplar, oyuncaqlar, şam ağacı, velosiped, müxtəlif məktəb ləvazimatları, çanta, kitab və s. hədiyyə olunub. Əyləncəli bayram tədbiri uşaqlar tərəfindən böyük sevinc qarşılanıb. Uuşaqlar şeir söyləyib və mahnı ifa ediblər.

“Accessban”-ın həyata keçirdiyi bu layihə uşaqların ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan sadəcə biridir və bank bundan sonra bu tipli sosial layihələr həyata keçirməyə davam edəcək” – deyə məlumatda qeyd edilib.

report.az