“Kapital Bank”ın yenilənən Ucar filialı istifadəyə verilib
27.12.2017

“Kapital Bank” ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Ucar filialının yenilənmiş ofisini istifadəyə verib. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.

Yeni konsepsiya əsasında təmir edilən filial Ucar şəhəri, Oğuz küçəsi,44 ünvanında yerləşir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

“Kapital Bank”ın yeni konsepsiya əsasında təmir edilən Ucar filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni "Bravo" və "Nərimanov Kart Mərkəzi" filialları, Bakı şəhəri üzrə Buzovna, "Dəmiryol" və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, "Həzi Aslanov", Qubadlı, Göyçay, Qobustan, Beyləqan, Tərtər, Gədəbəy və Ağcabədi filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. 2018-ci ildə də daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

report.az