Hacı Əliyev və İlham Zəkiyev AMADA-nın təmiz idman səfirləri seçilib
27.12.2017

Sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təmiz idman səfirləri seçilib.

Bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli məlumat verib.

Onun sözlərinə görə, səfirlər qurumun təşkil edəcəyi tədbirlərə qatılaraq idmanın dopinqsiz olması istiqamətində təbliğat işlərində fəal iştirak edəcəklər.

report.az