Bu günlərdə Almanyanın paytaxtı Berlində metroya minən sərnişinlər rastlaşdıqları mənzərə qarşısında təəccüblərini gizlədə bilməyiblər. Belə ki, qatarda onlara bir poni də yoldaşlıq edib. Bu barədə Türkiyə mətbuatına istinadən xəbər verilir.
Mobil telefonları ilə bu hadisəni çəkən sərnişinlərin sayəsində görüntülər dərhal sosial mediada yayılıb və həmin görüntülər günün ən çox danışılan mövzusu olub.
Videoda 20 yaşlarında sarışın bir qadının atın yüyənindən tutduğu görünür. Bəzi sərnişinlər yol boyu atı maraqla seyr etdikləri halda, bəziləri heç bir şey olmamış kimi əllərindəki kitabı oxumağa davam edirlər.
trend.az