Tbilisidəki Heydər Əliyev adına Teatr üçün yeni binanın tikintisi məqsədilə iki yerdə torpaq sahəsi ayrılıb.
Bu sözləri jurnalistlərə müsahibəsində Gurcüstanın mədəniyyət və idman naziri Mixail Georgadze söyləyib.
O deyib: "Teatr üçün yeni bina tikilməlidir. Bu məqsədlə Tbilisinin mərkəzində, Azərbaycan səfirliyinə yaxın yerdə iki torpaq sahəsi ayrılıb. SOCAR şirkəti də yeni binanın tikintisinə razılıq verib. Hazırda Azərbaycan tərəfi ilə bu istiqamətdə danişıqlar gedir. Düşünürəm ki, yaxın vaxtlarda torpaq sahəsi seçiləcək və tikintiyə başlanılacaq".
report.az