Sabah, dekabrın 29-da Azərbaycan Milli Məclisinin payız sessiyasının sonuncu plenar iclası keçiriləcək.
İclasın gündəliyinə 17 məsələ daxildir.
Bunlar “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında” və.s qanunlara, o cümlədən Gömrük, Miqrasiya məcəllələrinə əlavə dəyişikliklər layihəsidir.
Bundan başqa, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü-yekun oxunuşda müzakirəyə çıxarılacaq, “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakiminin təyin edilməsi haqqında” qanun layihəsinə baxılacaq.
Sonda Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibətilə Milli Məclisin müraciəti qəbul olunacaq.
Bununla da parlamentin payız sessiyası başa çatacaq, deputatlar tətilə çıxacaq. Tətil yanvarın 15-də başa çatacaq.
report.az