Bakıda Namiq Qurbanın hazırladığı "Dharmendra-Məhəbbət elçisi" sənədli bioqrafik filmin təqdimatı keçirilib.
Təqdimatda Hindistanın Azərbaycandakı səfiri Sancay Rana, filmin rejissoru və bir sıra incəsənət xadimləri iştirak ediblər.
47 dəqiqəlik xronometrajlı film məşhur hind aktyoru Dharmendra Deolun yaradıcılığı və həyatına həsr olunub.
Namiq Qurbanov filmin Azərbaycan-Hindistan mədəniyyətləri arasında bir dostluq körpüsü olduğunu deyib.
Azərbaycan dilində hazırlanan film rus və ingilis dillərinə tərcümə olunub, hazırda hind və ərəb dillərinə tərcümə olunur.
report.az