Qoşulmama Hərəkatı ölkələrinin növbəti sammiti Azərbaycanda keçiriləcək
28.12.2017

Qoşulmama Hərəkatı ölkələrinin sammiti 2019-cu ildə Bakıda keçiriləcək.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmçinin gələn il aprelin 3-6-da Bakıda təşkilata üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı olacaq.

H.Hacıyev xatırladıb ki, 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.

report.az