2018-ci il 1 yanvar tarixində Yer kürəsi əhalisinin sayının 7 milyard 444 milyon 443 min 881 nəfərə çatacağı proqnozlaşdırılır.
Bunu ABŞ-ın Siyahıyaalma Bürosunun mütəxəssisləri bəyan ediblər.
"Gələn ilin yanvarında hər saniyə dünyaya 4,3 körpə gələcək, 1,8 nəfər öləcək", - deyə TASS bəyanatı sitat gətirir.
Alimlər xatırladıblar ki, 2011-ci ildə dünya əhalisinin sayı 7 mlrd. nəfərə çatıb və proqnozlara görə, 2050-ci ildə bu rəqəm 9 mlrd. nəfər təşkil edəcək.
Çinin hesablamalarına görə, növbəti 3 il ərzində ölkə əhalisi 20 milyon nəfər artaraq 2020-ci ildə 1,42 milyard nəfərə çatacaq.
Əhalisinin sayına görə dünyada ikinci yeri Hindistan (təqribən 1,35 mlrd. nəfər), üçüncü yeri ABŞ (326,6 mln) tutur.
report.az