“Kapital Bank” yeni kredit aksiyası keçirir
4.1.2018

“Kapital Bank” ASC-nin yeni ilin gəlişi münasibətilə müştəriləri üçün güzəştli kredit kampaniyası keçirir. Bu barədə Bankın mətbuat xidmətindən məlumat verilib.

Aksiya çərçivəsində “Kapital Bank”dan kredit götürən müştərilərə illik faiz dərəcəsində 3% endirim, ödəmə müddətinə 2 ay güzəşt və pulsuz “BirKart” təqdim edilir. Həmçinin, 8 min manatadək olan kreditlər zaminsiz verilə bilər. Aksiya yanvarın 15-dək davam edəcək.

Qeyd edək ki, “Kapital Bank”da “Gündəlik tələbat krediti”nin məbləği 300-20 000 manat təşkil edir, müddəti isə 3-48 aya rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və təqaüdünü "Kapital Bank"dan alanlara şamil edilir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank", 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

report.az