Azərbaycan yeni “Airbus” markalı təyyarələr alır
21.12.2012

"Azərbaycan Hava Yolları" QSC (AZAL) yazda "Airbus" markalı təyyarələr alacaq. Bu barədə cümə günü aviaşirkətdəki mənbədən məlumat verilib.

Onun sözlərinə görə, hər iki təyyarə "А-340" markalı olacaq.

"Ehtimal ki, təyyarələr ölkəyə gələn ilin aprelində gətiriləcək", - mənbə qeyd edib.

Bundan əvvəl "Azərbaycan Hava Yolları" QSC (AZAL) Braziliyanın "Embraer SA" şirkətinə 4 yeni E-190 təyyarəsi sifariş verib. Sifarişin ümumi dəyəri 180,8 milyon dollar təşkil edir. Təyyarələrin 2013-cü ilin üçüncü rübündə çatdırılması planlaşdırılır.

Məlumata görə, QSC, həmçinin "Embraer"in E-170 markalı iki istifadə edilmiş təyyarəsini lizinq you ilə əldə etməyi nəzərdə tutur. Bu təyyarələrdən biri ölkəyə 2013-cü ilin ikinci rübündə gətiriləcək. AZAL gələn ilin ortalarından etibarən Braziliya istehsalı olan bu 6 təyyarəni daxili və beynəlxalq reyslərdə istifadə edə biləcək.

trend.az