Heydər Əliyev Sarayında uşaqlar unudulmaz Yeni il şənliyinin iştirakçısı olub
4.1.2018

Heydər Əliyev Sarayında uşaqlara “Yeni il gəlir, xoş gəlir” adlı yeni interaktiv, əyləncəli və musiqili şənlik təqdim edilib.

Saraydan bildiriblər ki, şənlikdə Yeni ilin ən sevilən personajları olan Şaxta baba və Qar qız uşaqlarla ünsiyyətdə olub, onları mahnılar, oyunlar, milli və müasir rəqslər ilə sevindirib. İlk dəfə təqdim olunan “Veniamin” şou proqramı uşaqların əyləncəsinə əlavə rəng qatıb.

Azyaşlı tamaşaçılara təqdim olunan bayram proqramının musiqili qonaqları da olub. Estrada ifaçıları Sadiq Məmmədov, Nicat Cəfərzadə, Dəniz Abbasova, Akif Süleymanbəyli (saksofon), Əhməd Mustafayev, Fərid Quliyevin çıxışları, həmçinin illüziyaçı və animatorun iştirakı uşaqlara unudulmaz şou bəxş edib.

Sonra Xalq Artisti Faiq Ağayevin çıxışı və təbriki Yeni il şənliyini uşaqlar üçün daha maraqlı və yaddaqalan edib.

azertag.az