Avstraliyada yaşayan Donna Sim adlı qadın 3 yaşlı oğlunun dolabını açanda gördüyü mənzərə qarşısında şoka düşüb. Sim dolabda 7 ədəd zəhərli ilan olduğunu görüb. İlanların bura necə gəlməsini araşdıran qadın tezliklə həqiqəti öyrənib. Sən demə 3 yaşlı Kayl Kumminq həyətdən tapdığı 7 ədəd yumurtanı dolabına qoyub və ilanlar da burda dünyaya gəlib.
Hadisə yerinə cəlb olunan mütəxəssislər dolabı anadan əvvəl uşaq açacağı təqdirdə böyük bir faciə baş verəcəyini, həmçinin ilanların dolabın qapağını açacaq qədər böyüməməsinin də sevindirici hal olduğunu vurğulayıblar.
Təbiətə buraxılan “inland” ilanlarının zəhərinin təsirinə görə dünyada “taipan”dan sonra ikinci olduğu bildirilib.
ANS PRESS