Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bu gündən etibarən Bakının Binəqədi rayonunun Məsud Davudoğlu küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, məhdudlaşdırma təmir işləri bitənə qədər qüvvədə saxlanılacaq. Sözügedən ərazidə sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
report.az