“Dünyagöz” Bakı Xəstəxanası və Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə 3 yanvar tarixindən etibarən vətəndaşlara ödənişsiz göz müayinəsi səyyar xidməti təşkil edib.
Tibbi müayinənin məqsədi bəzən əlamətsiz keçən göz xəstəliklərinin erkən mərhələlərdə aşkarlanması, mövcud görmə çətinliklərinin araşdırılması, əhalinin görmə qabiliyyətinin qorunması və aztəminatlı ailələrə dəstək göstərilməsidir.
Qeyd edək ki, “Dünyagöz” Xəstəxanalar Qrupunun ən iri sosial layihəsi olan və ən müasir texniki tibbi avadanlıqlarla təchiz olunan Mobil Göz Klinikası səyyar xidməti fəaliyyət göstərməyə başladığı gündən bu günədək Bakı ilə yanaşı, Azərbaycanın bir çox bölgələrində 10 minə yaxın insan göz müayinəsindən keçib.
Mobil Göz Klinikası 13 yanvar tarixinədək Nizami rayonu, Qara Qarayev prospekti, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən Heydər Əliyev adına İstirahət Parkının qarşısında əhaliyə xidmət göstərəcək.
Ünvan: Mikayıl Hüseynov küçəsi 39, Bayraq meydanının yanı
Əlaqə telefonu: (012) 404 44 69
“Dünyagöz” – Dünya görməyə dəyər!
saglamolun.az