Maykl Ceksonun əlcəyi 200 minə satıldı -FOTO
21.12.2012

1984-cü ildə “American Music Awards” müsiqi mükafatı verilən zamanı pop kralı Mayk Ceksonun əlində olan “Swarovski” kristalları ilə bəzədilmiş qara əlcək Los-Ancelesdə keçirilən hərracda təqribən 200 min dollara satılıb.

Digər tayı olmayan bu əlcək pop ulduz ən məşhur albomu sayılan “Thriller”ə görə mükafatlandırıldığı gün Ceksonun əlində olub.

Ceksondan nə üçün yalnız bir əlcəkdə olduğu barədə soruşanda o, “tək əlcək daha yaxşıdır” deyə cavab verib.

Bu əlcək xeyriyyə tədbirlərindən birində sağalmayan xəstə uşaqlar tərəfindən Maykl Ceksona hədiyyə edilmişdi. Əlcəyin haradan əldə olunduğu və onu kimin aldığı açıqlanmır.

Gün.Az