Qoç - bu gün işdə vəzifənizdə və sizə tapşırıqlarda dəyişiklik olacaq. Yeni xəbər alınacaq, diqqətin yönəldiyi istiqamət dəyişəcək. Nəyisə dəyişmək, yeni işə başlamaq, iri məbləğdə pul xərcləmək və ya hansısa layihəni reallaşdırmağa tələsməyin.
Çətin situasiyalarda həmkarlarınız və yaxın insanlarla məsləhətləşin.
İdeyalar, unikal həllər və problemlərin yaradıcı çözümü baxımından gün çox məhsuldar ola bilər. İfrata varmayın, ciddi çətinliklər yarana bilər.
Hər şey qoy, öz təbii axarında olsun və belədə, münasib nəticə əldə olunacaq.
Dostlarla görüş üçün yaxşı, risk və macəralar üçün pis gündür.
Buğa - gün narahat və qarğaşalıdır. Bir mövzu və istiqamətdə qalmaq üçün ciddi səylər göstərmək gərəkdir. Axara düşsəniz, çox iş görə bilərsiniz.
Ətrafınızdakı insanları sözlərinizə inandırın, arxanızca getsinlər. Hiss və ambisiyaların olduğu məqamlarda sizə əziz olan insanların emosiyalarını tarıma çəkməyin. Reallıq hissini itirərək fərdi eqoizm baxımından çıxış etsəniz ciddi səhvlərə yol vermiş olarsınız.
İdman yarışlarının həvəskarları yaxşı nəticələrə nail ola bilərlər.
Əkizlər - bugünkü əsas məqsədiniz səbatsız bünövrədədir və istənilən an uçub dağıla bilər. İş yoldaşlarınızdan biri və ya ailə üzvünün davranışı nəticəsində hadisələrin məcrası kəskin dəyişə bilər.
Standart həllər bu gün işlək deyil və ona görə də baş verənlərə daha geniş miqyasda baxaraq yaşananların sizə nə vəd etdiyini anlamağa səy göstərin.
Vədlərə, öhdəliklərə və razılaşmalara yenidən baxmaq, yalnız gərəkli olanları saxlamaq üçün əlverişli vaxtdır.
Həyatınıza yeni düzən, yeni axar verin. Yaxın günlər durumunuza aydınlıq gətirəcək.
Xərçəng - günün ilk yarısında ailədə və işdə heç bir səbəb olmadan hücumlara, tənqidlərə, acı sözlərə və rişxəndli eyhamlara məruz qala bilərsiniz.
İşdə özünüz dərhal aktiv çalışmağa başlayın ki, kimsə irad bildirməsin və ya yeni tapşırıqlar verilməsin.
Nəyisə daha sürətlə, əsas tapşırıqdan vaz keçməklə etməyin.
Günün ikinci yarısında yeni planlar peyda olacaq, mövcud proseslərin sürətlənməsi və problemlərin həlli sürətlənə bilər.
Başqalarının problemlərini həll etməyə, uzun və mənasız diskussiyalarda iştirak etməyə çalışmayın.
Lakin sizi maraqlandıran məsələlər barədə informasiya toplayın, mütəxəssislərlə məsləhətləşin.
Şir - çalışmaq və fəaliyyət göstərmək üçün əla gündür. Gərgin durumlara rəğmən istənilən sahədə məhsuldar çalışaraq ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Münasibətlərinizdə emosional "partlayış"la və pafosa imkan verməyin.
Maliyyə məsələləri və maddi problemlərin həlli ilə ciddi məşğul olmaq istəyirsinizsə, kimsənin sizə mane olmasına şərait yaratmayın.
Eqoizm, təşəxxüs və özünütərifə aludə olmayın.
Merkuri ilə Yupiter arasındakı qarşıdurmanın güclənməsi mobillik və aktivliyinizin sınağa çəkilməsidir. Yenilikləri əvvəlcədən hiss edərək dəyişiklikləri dərhal təhlil etməyə, istənilən şəraitdə mənfəət əldə etməyə səy göstərin.
Qız - sizi başqaları ilə bağlayan situasiyalar bu gün gözlənilməz forma alaraq sürətlə inkişaf edə bilər. Yaşanan hadisələri dəyərləndirməyə, reaksiya verməyə və tələbləri səsləndirməyə tələsməyin. Fikrinizi dəyişmək və dəyişikliklərdə müsbət məcranı aşkarlamaq üçün vaxt var.
Yaşamın ritmini dəyişmək vaxtıdır. Məna və məntiqi özünüzü izhar edə biləcəyiniz sahələrin genişləndirilməsində arayın. Əgər nə isə hazır deyilsə və ya nə isə mümkün deyilsə, başqa işlə məşğul olun.
Görüşlər və danışıqlar, müzakirələr, informasiyanın əldə edilməsi sizi yeni ideyaya sövq edə bilər. Bu ideya miqyas və məzmunundan asılı olaraq fikrinizi, təxəyyülünüzü məşğul edə bilər.
Lakin az sonra ideya bozaracaq, rəngini itirəcək və əhəmiyyətndən məhrum olacaq.
Tərəzi - yaradıcı imkanlarınız yeni nəfəs alacaq, aktivləşəcək. Bu zaman həyatınızda yeni dönüşün yarandığını və yaşandığını hiss edə bilərsiniz. Bir anlıq durun, nəfəsinizi dərin.
İstirahət zamanı yeni ideyalar peyda olacaq, işinizin effektivliyi artacaq.
Həyat sizi müxtəlif variantlar arasında seçim edərək ən yaxşını seçməyə vadar edəcək. Fikrinizi əsas işə yönəldin, enerjinizi boş söhbətlərə xərcləməyin.
Seçiminizin məntiqi olması ilə bağlı narahatlıq keçirməyin. Şəraitlə insanların sizi müxtəlif yönlərə dartıb aparmağa cəhd göstərdiyini düşünə bilərsiniz. Maraqlı xəbərlər və ideyalar axını kefinizi aça bilər.
Romantik münasibətlərdə inkişaf mümkündür.
İlk baxışdan görünməyən nüanslar qəflətən böyük effekt verə bilər.
Əqrəb - yeniliklərə və dəyişikliklərə hazırsınızsa, gün sizin üçün uğurlu ola bilər. Uzaqdan yaxşı xəbərlər və ya təklif gələ bilər.
İşdə əlavə tapşırıq istisna olunmur. Bu, sizin üçün sərfəli əlavə gəlir mənbəyi də ola bilər. Ətrafınızdakı insanlarla cüzi və ya kiçik məsələlərə görə münaqişə etməyin, çünki nəticələr çox pis ola bilər.
Emosiyalarınıza nəzarət edin.
İş yerini dəyişmək fikrinə düşə bilər, niyyətiniz barədə ailə üzvlərinizə açıqlama verə bilərsiniz.
Oxatan - dağınıq və fərqli ideyalarınız bütünləşə bilər. Bacarıq və imkanlarınızı daha effektiv şəkildə harada tətbiq edəcəyinizi hissiyatınız sizə xəbər verəcək.
Münasibətlərdə yeni nüanslar yaranacaq. Fəqət, hərəkət və fəaliyyətdə azadlıq hissi o qədər güclənə bilər ki, nətciədə münasibətlərdə soyuqluq, hətta münaqişələr yarana bilər. Həddən ziyadə tələbkar olmayın.
Çətin anlarda sayıq davranmaq və vaxtında dayana bilmək bacarığı, habelə istənilən situasiyada doğru aksentlərə nail olmaq mühüm məsələdir.
İşgüzar fəaliyyət və şəxsi həyatdakı məsələləri maksimal təşəbbüslə həll etməyin.
Oğlaq - aktiv çalışmaq, enerjili davranış, ətrafınızdakı insanlarla emosional ünsiyyət vaxtıdır. Rəqabətə davamlılıq səviyyənizi yoxlamaq fikrinə düşən insan var. Müəyyən məqamda itki verməyiniz istisna deyil.
Pərişan olacaqsınız, amma az sonra əhvalınız düzəcək və problemin yaratdığı pis hissləri unudacaqsınız.
Günün ikinci yarısı mənfi emosional fonludur. Yaxın ətrafınızdakı insanların dediklərinə qulaq asın. Onların bəzi sözləri sizi qıcıqlandırsa da, üstünü vurmayın.
Zərurət yaranarsa, planlarınızı dəyişin və faydalı yeniliklərə nail ola biləcək şəraitin yaranmasına cəhd göstərin.
Dolça - unikal gündür. Problemlərin yaranmasına yol verməmək üçün hadisələrin inkişaf məcrasını diqqətlə izləyin.
Tələsik və düşünülməmiş addımlar atmayın, sirrlərinizi qoruyun. Səbirsizliyin öhdəsindən gələrək ideyanız barədə vaxtından əvvəl danışmasanız, bir çox üstünlüklərə nail ola bilərsiniz.
Bütün təmir işlərini, kompüter avadanlığının apqreydini təxirə salın.
İctimai nəqliyyatda və ya yolda ehtiyatlı olun.
Axşam saatlarında hadisələr daha uğurlu olacaq, maraqlı insanla qarşılaşacaqsınız.
Balıq - münasibətlərdəki dəyişikliklər sizi aktivləşdirəcək. Günün ilk yarısında fəal olun, işlərin əksəriyyətini başa vurmağa çalışın. Görüş, müzakirə və söhbətlərdə yeni ideyalar yarana bilər.
Şəxsi həyatda yeniliklər və irəliləyiş üçün əlverişli gündür.
Sevdiyiniz insanla münasibətlərdə səmimiyyət və zəriflik qıtlığı yaranacaq.
İşdəki münasibətlərdə ehtiyatlı və ayıq olun.
Ailə münasibətlərdə kinli və hirsli olmayın.
Çətinliklər və gözlənilməz, qəfil problemlərin öhdəsindən təkbaşına gələ bilərsiniz.
Milli.Az