TANAP-ın qazla doldurulması 2018-ci ilin yanvarında başlayacaq
5.1.2018

Transanadolu boru kəmərinin (TANAP) qazla doldurulması 2018-ci ilin yanvarında başlayacaq.

Bunu TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

Onun sözlərinə görə, söhbət Gürcüstan sərhədindən Eskişehirədək olan hissədən ("0" mərhələsi) gedir: "Qaz genişləndirilmiş Cənubi Qafqaz qaz kəmərindən texniki tələblərə uyğun həcmlərdə daxil olacaq".

trend