Azərbaycan BMT üzvü olan ölkələrin 155 səsini toplayaraq iki illiyinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Daha öncə Azərbaycanın bu səsvermədəki rəqibi Sloveniya öz namizədliyini geri götürüb.
Bazar ertəsi BMT Baş Assambleyasında Şərqi Avropa qrupundan
Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvlüyünə
seçkilər davam edib. Azərbaycan Sloveniya və Macarıstan ilə birgə Avropa ölkələrindən BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə bir yer üzrə öz
namizədliyini irəli sürmüşdü.
Ötən cümə günü keçirilən seçkilərin ilk günü Macarıstan ilk turda az
sayda səs toplayaraq mübarizəni davam etdirə bilməyib. Azərbaycan və ya
Sloveniyanın seçilməsi üzrə səsvermənin bir neçə raundu isə nəticəsiz
qalmışdı.