Bakıya ilin ilk qarı yağır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, şaxta olmadığına görə qar yerdə qalmır.
Hazırda Bakıda güclü şimal-qərb küləyi əsir. Axşama doğru külək tədricən mülayimləşəcək.
Qeyd edək ki, ETSN bu gün - yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit olacağı, arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi barədə xəbərdarlıq etmişdi.
report.az