İlham Əliyevin ad günü üçün nəhəng tort – FOTO
24.12.2012

Sumqayıt şəhər İcra Hakimiyyəti prezidentin 51 yaşı ilə bağlı hazırladığı uzunluğu 51 metr olan tortun çəkisi 11 tondur.

Artıq sosial şəbəkələrdə tortun fotoları yayımlanıb. Tortun hazırlanması üçün 22 min yumurtadan, 2 tona yaxın undan, 1.5 ton şəkərdən, 310 kiloqram qozdan istifadə edilib.

Tortun üzərində bu il Bakıda keçirilmiş «Eurovision -2012» mahnı müsabiqəsinə qatılan iştirakçıların səhnə görüntüləri də əks olunub 51 metrlik tortun ortasında Bakı Kristal Zalının 6 metrlik əksi var.

Qeyd edək ki, prezident İlham Əliyev də bu gün Sumqayıta səfər edib.

http://qafqazinfo.az