Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində teatrın istedadlı aktrisası, Əməkdar Artist Lətifə Əliyevanın ifasında tanınmış şair Zaməddin Ziyadoğlunun yeni - “Vurğuna vurğun gəlin” monotamaşasına daxili baxış keçirilib.
L.Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə təqdim olunmuş tamaşa müəllifin Xalq Şairi Səməd Vurğuna həsr etdiyi eyniadlı pyes əsasında hazırlanıb.
İstedadlı aktrisa əsərdə təsvir edilən şairə olan ümumxalq məhəbbətini çox ustalıqla canlandıra bilib.
Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Günay Qasımovadır.
azertag.az