Şahmatçılarımız İsveçdəki turnirdə iştirak edəcəklər
24.12.2012

Dekabrın 28-dən yanvarın 4-dək İsveçdə şahmat üzrə 2012-2013-cü il “Rilton Open” turnirinə start veriləcək.

Yarışda şahmatçılarımız da iştirak edir. Bu turnirdə Azərbaycanı Fateh İlmanov, İradə Əhmədova, Elmir Hümbətov, Talibxan Talibxanlı, İslam Hümbətov təmsil edəcəklər.

Ümumilikdə, yarışda 6 ölkənin 81 şahmatçısı mübarizə aparacaq.

Turnir İsveçrə sistemi üzrə 7 turdan ibarət olmaqla keçiriləcək.

Gün.Az