Dahi Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması və seçilmiş şeirləri Çin dilinə tərcümə olunaraq kitab halında çap olunub.
Əsərləri Çin dilinə farsşünas alim Can Honnyen tərcümə edib. Tərcüməçi ön sözdə bildirib ki, baxmayaraq, Nizami Gəncəvinin əsərləri farsdilli ədəbiyyatın zirvəsində durur, onun Azərbaycan şairi olması danılmaz tarixi faktdır. Nizami ölməz əsərləri ilə bütün bəşəriyyətə məxsusdur.
Qeyd edək ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması ilk dəfə 1983-cü ildə Çin dilinə tərcümə olunub. Keçən illər ərzində əsər bir neçə dəfə təkrar nəşr olunub.
azertag.az