Bakı Xətai Sənət Mərkəzində Faiq Əhmədovun “1990-cı il” adlı rəngkarlıq əsərinin təqdimatı keçiriləcək.
Bu barədə mərkəzin rəhbəri Zahid Əvəzov məlumat verib.
Onun sözlərinə görə, Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan sənət əsəri 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf edilib.
Təqdimat yanvarın 18-də mərkəzdə reallaşacaq “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi çərçivəsində gerçəkləşəcək.
azertag.az