Günün qoroskopu
24.12.2012

Qoç - bu gün gərgin keçəcək. Səhər saatlarında söhbətlər və təmaslarda gərginlik müşahidə olunacaq.

Dözülməzlik, tələbkarlıq - bütün bunlar yaxşıdır, amma ifrata varmayın.
Axşam saatlarına yaxın əhvalınız qəflətən dəyişə bilər.
Şəxsi həyatınız, romantik maraqlarınız diqqət mərkəzində olacaq.

Sevdiyiniz adamla münasibətləriniz daha da intensivləşə bilər.
Səmimilik, etiraf, sevgi izharı üçün yaxşı gündür.

Axşamın gec saatlarında macəra aramayın, adamların az olduğu yerlərdə dolaşmayın.
Evə qayıtsanız, sizi sürpriz gözlədiyini görəcəksiniz.

Buğa - fəal iş, istirahət gəzinti, idman üçün əlverişli gündür. Bütün bunlar günün ikinci yarısı üçün daha aktualdır.

Səhər saatlarında qəza, fəsadlar, izafi tələbkarlıq, nevroz izharları ilə qarşılaşa bilərsiniz.
Yolunuzdan çəkilməyin, mövqelərinizdə sərt və dayanıqlı olun, hadisələri sürətləndirməyə can atın.

Can atdığınız nəsnəni dərhal əldə etməyə çalışın.
Hazırda həll etməli olduğunuz əsas məsələni seçin və bütün diqqəti ona yönəldin.
Bütün bunlar bir gün üçün abstrakt təsir bağışlasa da, yeni həll variantları adi öhdəliklərin fonunda yarana bilər.

Ünsiyyət və təmaslar aktivləşərsə, məqsədə çata bilərsiniz.

Əkizlər - səhər saatlarında qərarlar və emosiyalarınıza hakim olun. İstənilən mühüm addımı atmazdan əvvəl bir qədər gözləyin. Çox yəqin ki, ilkin impulsdan sonra fikrinizi dəyişəcəksiniz.
Axşam saatlarında uğur əldə edə bilərsiniz.

Qonaq gedin, gəzintiyə çıxın, kino və ya teatra yollanın.
Görüşlər xoş, həm də faydalı olacaq.

Dəyişikliklər və yeniliklərdən qorxmayan şəxsləri sonradan məqsədləri və fəaliyyət sahələrini müəyyənləşdirməyə imkan verən qəfil təkliflər gözləyir.

Yaşanan hadisələrdə gələcək dəyişikliklərin bünövrəsini görməyə çalışın.
Görüş və danışıqlar üçün uğurlu gündür.

Xərçəng - səhər saatlarında soyuqqanlı, təmkinli, müdrik olun. Ailə üzvləri və yaxınlarla bağlı qəfil xəbər, təcili işləri görmək məcburiyyəti və ya yardım ehtiyacı narahatlıqla qıcıq yarada bilər.
Ailə üzvləri və yaxınlarınızla münasibətlərinizi kənar təsirlərdən qoruyun.

Təmaslarla söhbətləri məhdudlaşdırın, qonaq dəvət etməyin, evdə heç bir prinsipial dəyişiklik etməyin.

Həyat sizi qeyri-adi imkanlarla üzbəüz qoya bilər. İrəliləyişin ilk mərhələsində dağıntılar və həyacan istisna deyil.

Yeni nə varsa, əlavə yoxlamaya məruz qoyun.

Şir - gün emosiyalar və hadisələr baxımından zəngin olacaq. Güclü emosiyalar, həyəcanlar sizə mane ola bilər. Təlaşa düşməyin, narahatlıq keçirməyin.

Sakit olun, aramla hərəkət edin. Səhər saatlarında işlərlə məşğul olun, yarımçıq qalmış öhdəlikləri başa vurun. Günün məcrasını zibillərdən təmizləyin.

Əvvəllər yol verdiyiniz səhvlərin nəticələrini indi aradan qaldırmaq üçün var gücünüzlə çalışın. Problemləri çözərkən tənbəllik etməyin, hər şeyi qaydaya salmaq üçün ilk addım atın.
Nahardan sonra fəallığı azaltmayın.

Görüşlər, müzakirələr, yazışmalar və təmaslar yeni perspektivlərə təkan verə bilər.
Alış-verişdə qənaət etməyə də bilərsiniz.

Qız - Günəş bürcü dəyişdiyindən sizin üçün yüksək fəallıq və intensiv narahatlıqlar dövrü başlanır. Hələlik qüvvənizə qənaət edin, izafi ehtiyac olmayan işləri görməyin. Qəfil, gözlənilməz səbəblərdən stress yarana bilər. Görüləsi işlər və maraqlandığınız sahələrin sayı artığından məruz qaldığınız yorğunluq daha da artacaq.

Günün ikinci yarısında işlərin sayı bir qədər azalarsa, ailəyə, şəxsi həyata və zahiri görünüşünüzə maksimum diqqət ayırın.

İş həyatınız və işdən sonrakı yaşamınızın azadlığa ehtiyacı var.
Ailə üzvləri və yaxınlarınızın problemləri ilə maraqlanın, çətinlikləri həll edin.

Çoxdan bəri görmədiyinz insanlarla görüşün.

Tərəzi - bu gün emosiyalar öz oyun qaydalarını diqtə edəcəklər, fəqət, yaranan imkanları fövtə verməyin. Son vaxtlar sizi narahat edən, qayğılandıran problem indi həllini tapa bilər.

Yaşanan hadisələr planlaşdırdığınız əməllərdən daha yaxşı alına bilər. Amma hövsələsiz və tələskən olsanız, yaxın ətrafınızdakı insanlara təzyiq göstərsəniz, ciddi problemlər yarana bilər.
Sizə əks mövqedə duran və fikir ayrılığı yaşadığınız insan bu gün sizinlə maraqlanacaq.

Mübahisə və münaqişələr günü daha emosional edəcək.
Enerjinizi hədər yerə tükətməyin.

Alış-verişdə qənaətcil olun, bədxərclik etməyin.
İşdə yoxlamalar, günahkar axtarışı ola bilər.

Səhvlərinizi taparaq aradan qaldırın.

Əqrəb - bu gün sizə dəyərli və önəmli olan nəsnə uğrunda risk etməli, qarşıdurmaya girməli, qüvvə və potensialınızı sınağa çəkməli olacaqsınız.

Müəyyən itkilər istisna deyil, amma gün xoş təmayüllüdür.
Yeni mərhələ başlayır və ən qısa yolda olacağınızı düşünməyin.
Baş verənləri diqqətlə müşahidə edin.

Fiziki zəiflik, əhval dəyişkənliyi, bədbinlik mümkündür.
Ehtiyac yarandığı təqdirdə çətin və prinsipial danışıqlara başlayın.

Təzyiq etməyin, tərəfdaşların etiraflarından və yaranan şəraitdən faydalanın.

Oxatan - əvvəlki günlərin gərginliyi indi də hiss olunacaq. Hər şey plan üzrə getsə də, sayıq olun, ehtiyatı əldən verməyin.

Heç gözləmədiyiniz halda qəza, sınıq, texniki problemlər və ya zədələr ola bilər.
Günün ilk yarısında diqqətli olun. Hadisələri tələsdirməyin, yaxın ətrafınızdakı insanlara söyləmək istədiklərini deməyə və ya təşəbbüs göstərməyə imkan verin.

Bu gün hər kəs yalnız özünü istəyəcək, öz məqsəd və məramlarını reallaşdırmağa çalışacaq.
İstənilən məhdudiyyətdən dərhal sinirlənməyin. Problemlərinizi özünüz həll edin.
Bu gün mümkün qədər çox fiziki işlə məşğul olun.

Axşam saatları işgüzar və şəxsi görüşlər, yazışma üçün əlverişlidir.

Oğlaq - həyatınızdakı bir çox ünsür və nəsnə bu gün gerçək mənasını, məzmununu aşkarlayacaq. Sizdən kənarda baş verənləri diqqətdən qaçırmayın.

Rəqabətə dayanıqlı olun. Yaxın ətrafınız və ya iş yoldaşlarınızla tərəfdaşlıq, birgə işi başa vurmaq üçün səy göstərin.
Maddi məsələlər izafi diqqət tələb edir.

Alış-verişdə çox pul xərcləməyin.
Bu gündən ev işlərini görmək və əsəblərinizin korlanacağı təmaslardan uzaq durmaq üçün istifadə edin.

Dolça - gün asan olmayacaq. Amma əla formadasınız. Günün ritmindən və hadisələr bolluğundan yararlanın Hər şey sürətlə dəyişir, ətrafınızdakı insanlar təmaslara hazırdır. Ünsiyyətdə səmimi olun, dəyərləndirmə və qiymətləndirmədə ədalətsizliyə yol verməyin.

Yaşananlara yaradıcı yanaşın.
İnformasiya, təkliflər, sizi şirnikləndirə biləcək məqamlar az olmayacaq.
Fəqət, istənilən halda konkret seçim edin.

Romantik əhval işgüzar planları poza bilər. Hansısa məsələ sizi narahat edirsə, dərhal hərəkətə gəlin.
Hadisələrin intensiv axınını unutmayın.

Axşam saatları görüş və ya alış-veriş üçün əlverişlidir.

Balıqlar - işdə ətrafınızda normal fonun yaranmasına nail olsanız, gün uğurlu alınacaq.
Kollektivdə yaranan və ya yarana biləcək problemin səbəblərini birgə müzakirə edin.
Sərt tənqid və aqressiv açıqlamalara yol verməyin, ümumi işin qayğısına qalın.

Aldığınız informasiyanı sürətlə yerbəyer edərək xaosun yaranmasının qarşısını alın.
Təkbaşına, tənha qalmaq istəsəniz belə, gələcəkdə yarana biləcək tələbatı ödəmək üçün indidən işə başlayın.

İşin ən çətin mərhələsini bitirin. Yükü tərəfdaş və ya iş yoldaşı ilə də bölşə bilərsiniz.
Axşam saatlarında alış-verişə yollana bilərsiniz.

Milli.Az