Yanvarın 28-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Samuel Marşakın “Pişiyin evi” nağılı əsasında hazırlanan eyniadlı balet-tamaşa nümayiş olunacaq.
Teatrdan bildirilib ki, səhnə əsəri rejissor Ella Hacıyevanın quruluşunda təqdim ediləcək.
Uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir. Şən musiqi və rəqslərlə zəngin tamaşa ibrətamiz həyat hadisələrdən bəhs edir.
azertag.az