Yanvarın 16-da Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Məlik Məmmədyarovun rəsm əsərlərindən ibarət sərgi açılacaq.
Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşacaq sərgidə ziyarətçilər fırça ustasının 30-dən çox işinə baxa biləcək.
Beş gün davam edəcək sərgidə rəssamın müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq.
azertag.az