Rəssamlar İttifaqında Məlik Məmmədyarovun əsərləri sərgilənəcək
12.1.2018

Yanvarın 16-da Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Məlik Məmmədyarovun rəsm əsərlərindən ibarət sərgi açılacaq.

Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşacaq sərgidə ziyarətçilər fırça ustasının 30-dən çox işinə baxa biləcək.

Beş gün davam edəcək sərgidə rəssamın müxtəlif mövzulu sənət əsərləri nümayiş olunacaq.

azertag.az