Azərbaycan şirkəti Kiyevdə ilk KFC restoranını açıb
25.12.2012

Azərbaycanlı iş adamı Nəsib Priyevin Ukraynada yaratdığı “Ukrayna qida şirkəti” MMC Kiyevdə ilk “Kentucky Fried Chicken” (KFC) restoranını açıb.

Dekabrın 20-də açılmış restoran Kiyevdə məşhur “Ocean Plaza” ticarət-əyləncə mərkəzində yerləşir.

KFC restoranı “Yum! Restaurants International Russia&CIS ” (KFC, Pizza Hut və Taco Bell brendləri) şirkətinin verdiyi françayzinq icazəsi əsasında fəaliyyətə başlayıb. Ukrayna qida şirkəti” MMC“Yum! Restaurants International Russia&CIS ” şirkətinin Ukraynadakı tərəfdaşından biridir.

100 yerlik restoran il ərzində 800 min yemək satmağı planlaşdırır.

“Ukrayna qida şirkəti” MMC yaxın beş il ərzində Kiyevdə ən azı 10 KFC restoranını açmağı planlaşdırır.

Qeyd edək ki, “Ukrayna qida şirkəti” bu il Ukraynada azərbaycanlı iş adamı Nəsib Piriyev tərəfindən KFC şəbəkəsinin inkişafı üçün yaradılıb. Şirkət Piriyevin atası Nizami Piriyevin yaratdığı PNN Group şirkətilə şərikli yaradılıb. PNN Group Azərbaycanda metanol istehsalı ilə məşğul olan “Azmeco” şirkətinin sahibidir. Həmçinin PNN Group Ukraynada və Azərbaycanda ləl-cəvahirat markası De Beers və Hamley's oyuncaq mağazaları şəbəkəsini inkişaf etdirir. Bundan başqa PNN Group Azərbaycanda KFC ilə əməkdaşlıq edir. Qrup maliyyə göstəricilərini açıqlamır, amma şirkətin aktivlərinin dəyərinin 650 mln.ABŞ dolları qiymətləndirilir.

Yum! Brands - dünyada ən iri sürətli qida restoranları operatorlarından biridir. Mənzil-qərargahı “Luisville”də (Kentukki ştatı, ABŞ) yerləşən şirkət 1997-ci ildə yaradılıb. Bell Taco KFC, Pizza Hut və şirkətin beynəlxalq brendləridir.

trend.az